Bu şirkət Rusiya bazarını tərk etməyə hazırlaşır | Banco.az

Bu şirkət Rusiya bazarını tərk etməyə hazırlaşır

Tamara Mustafayeva, Banco.az

Fransanın qida nəhəngi "Danone" şirkəti Rusiyadakı fəaliyyət haqlarını satmağa hazırlaşdığını elan edib. Sözügedən satış prosesindən sonra şirkət 1 milyard avro zərər edəcək.

Banco.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın aparıcı süd məhsulları brendi “Prostokvashino”nun da sahibi olan "Danone" şirkəti ümumi gəlirlərinin təxminən 5 faizini bu bazardan əldə edir.

Bildirilib ki, Rusiyadakı fəaliyyət haqlarını satışa çıxarmağa hazırlaşan şirkət bu ölkəyə bəzi xüsusi qida məhsullarının ixracını isə davam etdirəcək. Şirkətin açıqlamasına görə, satış 1 milyard avro zərərlə nəticələnə bilər.

Xatırladaq ki, bir çox beynəlxalq şirkətlər kimi "Danone" də fevral ayında Moskva hökumətinin Ukraynaya hərbi müdaxiləsindən sonra Rusiyaya investisiya qoyuluşunu dayandırmışdı. Bəzi şirkətlər isə hələ də fəaliyyətlərinə davam edir. Belə ki, İsveçin "Nestle" brendi Rusiyaya bəzi məhsulların idxalını davam etdirərkən, Britaniyalı rəqibi "Unilever" isə Rusiyadakı fabriklərində istehsala davam edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et