Bu şirkət Rusiya bazarını tərk etmək üçün milyonlarla dollar xərcləyəcək | Banco.az

Bu şirkət Rusiya bazarını tərk etmək üçün milyonlarla dollar xərcləyəcək

Müəllif - Aida İsaq, Banco.az

ABŞ brendi "HP"nin Rusiya bazarını tərk etməsi ən azı 23 milyon dollara başa gələcək.

Banco.az xəbər verir ki, bununla yanaşı itirilmiş gəlirin 1 milyard dolları ötəcəyi bildirilir. 

Ümumilikdə, son maliyyə nəticələrinə əsasən 2022-ci il üzrə şirkətin mənfəəti əvvəlki ilin hesabat dövrü ilə müqayisədə iki dəfə azalaraq 3,2 milyard dollara, gəliri isə 0,8 faiz azalaraq 63 milyard dollara düşüb. Dördüncü maliyyə rübündə fərdi kompüter biznesinin gəliri 13 faiz azalaraq 10,3 milyard dollara, printer satışları isə 7 faiz azalaraq 4,5 milyard dollara enib. İşçi heyəti ilə bağlı xərcləri və ümumi xərcləri azaltmaq üçün şirkət işçilərinin təxminən 10 faizini (4000-6000 nəfər) ixtisar etmək qərarına gəlib. Beləliklə 2025-ci ilin sonuna qədər 1,4 milyard dollara qənaət edib.

Analitik Leonid Delitsynin sözlərinə görə, "HP"nin Rusiya ofisində 500-ə yaxın əməkdaş fəaliyyət göstərirdi. Onların hər birinin təxminən 6000 ABŞ dolları məbləğində üç aylıq müavinət alacağı bildirilir.

"Telecom Daily"nin baş direktoru Denis Kuskovun qənaətinə görə, "HP"nin Rusiyanı tərk etmə xərclərinin təxminən 70 faizi müqavilənin ləğvi ilə bağlıdır. Buraya əmək müqavilələriylə yanaşı müxtəlif xidmətlər üzrə müqavilələr də daxildir. Kuskov printerlərin dəyişdirilməsi ilə bağlı problemlərin yaranacağını qeyd edib. Çünki ölkədə bu bazar üzrə "Pantum" və "Japon Brother"in yalnız Çin analoqlarına rast gəlmək olar.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, martın əvvəlində "HP"  Ukraynadakı hərbi əməliyyatlara görə sifarişlərin qəbulunu və Rusiya bazarına avadanlıq tədarükünü dayandırıb.Mayın sonunda isə ölkədən tamamilə çıxdığını elan edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et