Bu şirkət öz biznesini 1 dollara satıb | Banco.az

Bu şirkət öz biznesini 1 dollara satıb

Rusiya və MDB-nin ən iri mobil rabitə operatoru olan MTS şirkəti Özbəkistanın "Universal Mobile Systems" (USM) şirkətində malik olduğu 50,01% payını bu ölkənin hökumətinə satıb. MTS öz hissəsini simvolik məbləğə - 1 dollara satıb. Bu sövdələşmə 2016-cı ilin avqst ayında baş tutub.

Şirkət satışın "bir neçə səbəbinin" olduğunu deyib. Məlumata görə, Özbəkistan bazarından çıxmaqla MTS 2016-cı ilin III rübündə təqdim etdiyi hesabatında 2,7 mlrd. rublun silindiyini əks etdirib.

Ən sərfəli kredit üçün müraciət et

Ehtimal edilir ki, MTS-in Özbəkistanın mobil rabitə bazarından çıxması şirkətə qarşı anti-korrupsiya tədqiqatının tənzimlənməsi şərtlərindən biri ola bilər. Yazılanlara görə, MTS guya mərhum prezident İslam Kərimovun qızına bağlı yerli strukturlara rüşvət verib.

Qeyd edək ki, MTS Özbəkistanın mobil rabitə bazarında 2 ilə yaxın fəaliyyət göstərib.

©Report

Ən sərfəli krediti almaq üçün müraciət et