Müəllif:Mehin Qasımova/Banco.az
Cənubi Koreya şirkəti ölkədə son dərəcə aşağı doğum səviyyəsini düzəltmək üçün milyonlarla dollar ödəməyə hazırdır.
Banco.az xəbər verir ki, Seulda yerləşən tikinti şirkəti Booyoung Group ötən gün mətbuata açıqlamasında işçilərinə hər dəfə uşaq dünyaya gətirəndə 100 milyon Koreya vonu (75.000 dollar) ödəməyi planlaşdırdığını bildirib.
Şirkət həmçinin əlavə edib ki, 2021-ci ildən bəri uşaq dünyaya gətirən işçilərinə 70 körpə üçün ümumilikdə 7 milyard Koreya vonu (5,25 milyon dollar) nağd pul ödəyəcək. Şirkət sözçüsü bildirib ki, bu fayda həm kişilər, həm də qadınlar üçün əlçatandır.
Booyoung Group İdarə Heyətinin sədri Lee Joong-keun bir şirkət tədbirində çıxış edərək, üç körpəsi olan işçilərə 300 milyon Koreya vonu (225 min dollar) nağd pul və ya kirayə ev təklif ediləcəyini bildirib.
Qeyd edək ki, Cənubi Koreya hökuməti və digər özəl şirkətlər artıq insanları daha çox uşaq sahibi olmağa təşviq etmək üçün müəyyən maliyyə güzəştləri təklif edirlər. Lakin onların heç biri Booyoung Group-un üstünlükləri miqyasında deyil. Oxşar proqramlar iki il dalbadal əhalisinin azaldığını görən Çində də mövcuddur.
Bizi sosial şəbəkələrdən izləyin!!