Bu şirkət "Google" ilə 23 milyard dollarlıq müqaviləni ləğv edib | Banco.az

Bu şirkət "Google" ilə 23 milyard dollarlıq müqaviləni ləğv edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Wiz" şirkəti "Google" ilə 23 milyard dollarlıq müqaviləni ləğv edib.

Banco.az xəbər verir ki, İsrailin kibertəhlükəsizlik şirkəti "Wiz" ABŞ-ın texnologiya nəhəngi "Google"un ana şirkəti "Alphabet" ilə 23 milyard dollarlıq satınalma danışıqlarını dayandıraraq müqaviləni ləğv edib.

Razılaşma ilə bağlı "Reuters" tərəfindən görülən protokol sənədində süni intellektlə dəstəklənən və bulud əsaslı kibertəhlükəsizlik proqram təminatı şirkəti olan "Wiz"in baş direktoru Assaf Rappaport mövzunu belə şərh edib:

“Belə bir təklifə “yox” demək çətindir, amma üstün komandamızla bu qərarı inamla verirəm."

Rappaport həmçinin şirkətin əvvəllər planlaşdırıldığı kimi IPO-ya diqqət yetirəcəyini və illik 1 milyard dollar gəlir əldə etməyi hədəflədiyini söyləyib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, "Google" hələ ki, mövzu ilə bağlı suallara cavab verməyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et