Bu şirkət ən yüngül şampan butulkası istehsal edəcək | Banco.az

Bu şirkət ən yüngül şampan butulkası istehsal edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

İnvestorlarından biri Leonardo DiKaprio olan şərab istehsalçısı “Telmont” ən yüngül şampan hazırlayacaq.

Banco.az xəbər verir ki, “Telmont” köpüklü şərablar üçün standart çəkidən daha yüngül olan yeni butulkanın hazırlanması üçün Fransız şüşə istehsalçısı “Verallia” ilə əməkdaşlığa başlayıb.

“Telmont” ən yüngül butulkanın tədricən istifadəyə buraxılacağını bildirib.

Xatırladaq ki, “Telmont” bundan 10 il əvvəl butulkaların çəkisini 900 qramdan 835 qrama endirmişdi. İndi isə çəkini 35 qram da azaldaraq 800 qramlıq yeni butulkalarla müştərilərinin qarşısına çıxmağa hazırlaşır.

Şirkətdən edilən açıqlamada bildirilib ki, sözügedən yeni dizaynla 24 faizi şüşənin payına düşən ümumi emissiya həcmini azaltmağa nail olacaqlar. Şampan istehsalçısının sözlərinə görə, yeni və təkmilləşdirilmiş versiya həm də daşınma zamanı daha az yanacaq sərf edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Sözügedən butulkaların 2026-cı ildə bazara çıxarılması gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et