Bu şirkət dünyanın sosial məsafəsi ən böyük restoranını açdı | Banco.az

Bu şirkət dünyanın sosial məsafəsi ən böyük restoranını açdı

Tamara Mustafayeva, Banco.az

Koronavirus pandemiyası səbəbilə uzun müddət idi ki, evlərində olan insanlar hazırda əksər ölkələrin karantin tədbirlərini yumşaltması ilə yenidən əvvəlki həyatlarına geri dönməyə başlayıblar. Ancaq bir çoxları insanların sıxlıq təşkil etdiyi yerlərə daxil olmaq, kafe və restoran tipli iaşə müəssisələrində yerində xidmətdən istifadə etməklə bağlı müəyyən narahatlıq içərisindədirlər. Odur ki, bu tip müəssisələr müştərilərin rahatlığını təmin etmək üçün müvafiq addımlar atmalı olurlar.

Banco.az xarici mətbuata istinadla bildirir ki, İsveçin alkoqolsuz şərab istehsal edən Oddbird firması ölkədəki Häringe adlı təbiət qoruğunda "Heç bir yer" adlanan müvəqqəti restoran açaraq sosial məsafəli restoran konsepsiyasını tamamilə yeni bir səviyyəyə çatdırıb. Şirkət restorana gələcək müştərilərin bir-biri ilə təmasının mümkün olmadığı ecaskar təbiət mənzərəli yerlərdə hazırlanmış altı ədəd masa ilə xidmət göstərir.

Sözügedən masaların dizaynı yenidən emal olunmuş məhsullardan istifadə edən Danimarkalı interyer dizayn firması The Normans-a, restoranın menyusu isə İsveçin paytaxtı Stokholmda fəaliyyət göstərən "Garba" adlı restoranın baş aşpazları Linn Söderström və Marion Ringborg-ə məxsusdur. 

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, menyudakı bütün yeməklər Oddbird firmasının alkoqolsuz şərabları ilə servis ediləcək. Restoranda masaların bron edilməsi 22 iyundan etibarən internet vasitəsilə həyata keçirilməyə başlanılıb.

Həmçinin oxu: Şirkət sosial məsafəyə diqqət çəkmək üçün köhnə reklamını tərsinə yayımladı

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et