Bu şirkət çip istehsalına 40 milyard dollar investisiya ayırdı | Banco.az

Bu şirkət çip istehsalına 40 milyard dollar investisiya ayırdı

Tamara Mustafayeva, Banco.az

Bayden administrasiyası tərəfindən Çinlə rəqabət aparmaq üçün çip istehsalı sənayesinə 280 milyard dollarlıq resursların köçürülməsi qanununun qəbul edilməsindən sonra ABŞ-ın "Micron" şirkəti 40 milyard dollarlıq investisiya paketi açıqlayıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın çip istehsalçısı "Micron Technology" 2030-cu ilə qədər yaddaş kartı istehsalına 40 milyard dollar sərmayə qoymağı planlaşdırdığını bildirib.

Şirkətdən verilən açıqlamada, sözügedən investisiya üçün ABŞ prezidenti Co Baydenin dünən imzaladığı yerli yarımkeçirici istehsalının artırılmasına dair qanun çərçivəsindəki təşviqlərə müraciət ediləcəyi bildirilib. Açıqlamada həmçinin şirkətin 2025-ci ildən sonra istehsala başlamağı hədəflədiyi və sərmayənin 40 minə yaxın insanı işlə təmin edəcəyi vurğulanıb.

Xatırladaq ki, dünən Bayden tərəfindən imzalanan yerli yarımkeçirici istehsalının artırılması qanununun avtomobillərdən tutmuş elektronikaya qədər bir çox sektorda istehsalda fasilələrə səbəb olan çip çatışmazlığını yüngülləşdirməsi hədəflənir. Qanun yarımkeçiricilər istehsalına təqribən 52 milyard dollar subsidiya, həmçinin yarımkeçirici fabriklərin yaradılmasını təşviq etmək üçün 4 il müddətinə 25 faiz vergi endirimini ehtiva edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et