Müəllif: Tamara Mustafayeva, Banco.az
Bostonda yerləşən avtonom gəmiqayırma startapı “Blue Water Autonomy” Bostonun yaxınlığında 100 tonluq avtonom sınaq gəmisini sınaqdan keçirdiyini açıqlayıb.
Banco.az xəbər verir ki, texnologiyanın sürətlə inkişaf etməsi ilə dənizçilik sektorunda daşlar yenidən düzülür. Görünür ki, ənənəvi dəniz nəqliyyatı və daşımaları yaxın gələcəkdə yerini avtonom dəniz nəqliyyat vasitələrinə verəcək.
ABŞ-ın Boston, Massaçusets ştatında yerləşən “Blue Water Autonomy” adlı yeni bir gəmiqayırma startapı Bostonun yaxınlığında 100 tonluq avtonom test gəmisini sınaqdan keçirdiyini açıqlayıb. Şirkətin sözçüsü bildirib ki, onlar bir ildən az müddətdə tam paketli avtonom konsept gəmi dizaynları hazırlayıblar.
Startap, Eclipse, Riot və Impatient Ventures investisiya fondlarından 14 milyon dollarlıq ilkin (tohum) sərmayə alaraq işlərini sürətləndirmişdir. Bu maliyyə dəstəyi “Blue Water Autonomy”nin mühəndislik komandasını genişləndirməsinə və sınaqları daha da sürətləndirməsinə kömək edəcək.
Bu təşəbbüs 2024-cü ildə ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş üzvləri, “Amazon Robotics” rəhbərləri və iRobot tərəfindən yaradılmışdır.
ABŞ-da müdafiə texnologiyası sahəsində maliyyələşdirmə 2024-cü ildə yeni rekord qırıb. Bu, “Anduril” şirkətinin 1,5 milyard dollarlıq F seriyalı investisiyası və başqa bir avtonom dənizçilik startapı olan Saronic tərəfindən əldə edilən 175 milyon dollarlıq B seriyalı investisiya ilə mümkün olub.
Bizi sosial şəbəkələrdən izləyin!!