Bu şirkət "Apple"ə rəqib olmağı hədəfləyir | Banco.az

Bu şirkət "Apple"ə rəqib olmağı hədəfləyir

Müəllif - Aida İsaq, Banco.az

Əsasən şəffaf korpuslu "Nothing Phone" smartfonu ilə tanınan Nothing” şirkəti tezliklə ABŞ bazarına daxil olaraq "Apple" brendi ilə rəqabət aparmağı hədəfləyir.

Banco.az xəbər verir ki, bu barədə şirkətin rəhbəri Karl Pei məlumat verib. Peinin sözlərinə görə, ABŞ hökumətinin tətbiq etdiyi sərt qaydalara görə “Nothing” smartfonları hələ də bazara daxil ola bilməyib. Eyni zamanda o, hər mobil operator üçün "Android"in dəyişdirilmiş versiyasının tətbiqolunma vacibliyindən şikayətlənib. Təsisçi bazarda uğurlu olmağa çətinlik yarada biləcək digər səbəblərdən biri kimi məşhur “Apple” və “Samsung” şirkətlərinin ölkədə geniş və uzunmüddətli korporativ əlaqələr yaratdığını da vurğulayıb.

Buna baxmayaraq, o, şirkəti üçün ABŞ bazarında böyük prespektivlərin olduğundan əmin olduğunu qeyd edib. 

Qeyd edək ki, şirkət 2023-cü ildə yeni smartfonun təqdim olunması ilə ABŞ bazarında öz mövqelərini möhkəmləndirməyi planlayır.

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et