Bu şirkət ABŞ-ın Çinə qarşı sanksiyalarından azad olunub | Banco.az

Bu şirkət ABŞ-ın Çinə qarşı sanksiyalarından azad olunub

Tamara Mustafayeva, Banco.az

“Samsung” ABŞ və müttəfiqləri tərəfindən Çinə qarşı tətbiq edilən qabaqcıl çip və avadanlıqların ixracını qadağan edən məhdudiyyətlərdən bir il müddətinə azad edilib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, qabaqcıl çiplərin və əlaqəli avadanlıqların Çinə ixracına mane olan yeni məhdudiyyətlərdən bir il müddətinə azad edilmiş ABŞ-ın müttəfiqi nəhəng çip istehsalçıları siyahısına "Samsung" şirkəti də qoşulub.

"The Wall Street Journal"a müsahibə verən mənbələrin dediyinə görə, ABŞ Ticarət Nazirliyi "Samsung"a Çində istehsalını davam etdirmək üçün lazım olan avadanlıq və digər əşyaların tədarükünü davam etdirməyə icazə verib.

Xatırladaq ki, Cənubi Koreyalı texnologiya nəhənginin Çinin iki şəhərində çip zavodları fəaliyyət göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et