Bu şirkət 2 min işçisini işdən çıxaracaq | Banco.az

Bu şirkət 2 min işçisini işdən çıxaracaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“PayPal” şirkəti 2 min işçisini ixtisar etməyə hazırlaşır.

Banco.az xəbər verir ki, mənzil-qərargahı ABŞ-da yerləşən onlayn ödəniş sistemi “PayPal” 2000 əməkdaşını ixtisar edəcəyini açıqlayıb.

Bu barədə şirkətin icraçı direktoru Dan Şulman işçilərə göndərdiyi elektron poçt mesajında qeyd edib.

O bildirib ki, ötən il ərzində şirkət müştərilərin ehtiyaclarını ödəmək üçün sərmayə qoymağa davam etməklə yanaşı, çətin makroiqtisadi şəraitdə müəssisənin gücləndirilməsi və yenidən formalaşdırılmasında əhəmiyyətli irəliləyiş əldə edib. 

O həmçinin vurğulayıb ki, çətinliklərin öhdəsindən gəlmək özü ilə bəzi çətin qərarlar da gətirir və şirkət qlobal miqyasda 2000 işçini ixtisar edəcək ki, bu da ümumi işçi qüvvəsinin 7 faizinə bərabərdir.

Dan Şulman sözügedən ixtisarların yaxın həftələrdə baş tutacağını bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram