Bu sığorta şirkətlərinin xərcləri artıb | Banco.az

Bu sığorta şirkətlərinin xərcləri artıb

"Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 8-nin ötənilki xərcləri illik müqayisədə az olub.

Bunlar "Standard Insurance" Sığorta Şirkəti, "Atəşgah Sığorta", "Meqa Sığorta", "Azsığorta", "Günay Sığorta", "Qala Həyat Sığorta", "AXA Mbask" Sığorta Şirkəti və "Azərbaycan Sənaye Sığorta" (ASS) ASC-lərdir.

Ən çox azalma ASS-də (49,7%), ən az azalma isə "Standard Insurance"da (5,7%) qeydə alınıb.

Qalan 13 sığorta şirkətinin isə xərcləri artıb. Ən yüksək dinamika "Xalq Həyat Sığorta" ASC-də (66,9 dəfə), ən aşağı dinamika isə "Atasığorta" ASC-də (2,8%) qeydə alınıb.

6 sığorta şirkətinin xərcləri 30 milyon manatdan çoxdur

"Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 6-nın ötənilki xərcləri 30 milyon manatdan çox olub.

Bunlar "PAŞA Həyat Sığorta" (156,742 milyon manat), "PAŞA Sığorta" (111,14 milyon manat) ASC-lər, "Azərsığorta" (52,49 milyon manat), eləcə də "İpək Yolu Sığorta" (38,095 milyon manat), "Atəşgah Sığorta" (37,576 milyon manat) və "Xalq Sığorta" (30,091 milyon manat) ASC-lərdir.

Ən sərfəli kredit üçün müraciət et

Qalan 15 sığorta şirkətindən 9-nun xərcləri 13-30 milyon manat arasında, 5 şirkətin xərcləri 1-6 milyon manat arasında, 1 şirkətin xərcləri isə 1 milyon manatdan azdır.

"Renkinq"

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et