Bu sığorta şirkətlərinin ödənişləri artıb | Banco.az

Bu sığorta şirkətlərinin ödənişləri artıb

Bu ilin yanvar-may aylarının yekununa görə, Azərbaycandakı 21 sığorta şirkətindən 10-nun ödənişləri illik müqayisədə artıb, 7-nin ödənişləri azalıb, 4 şirkət (“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”, “Xalq Həyat Sığorta”, “Meqa Həyat Sığorta” və “Naxçıvan Sığorta” ASC-lər) ötən ilin eyni dövründə ödəniş etmədiyi üçün onların ödənişlərində dinamika qeydə alınmayıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, son 1 ildə ödənişləri ən çox artan şirkət Dövlət Sığorta Kommersiya Şirkətidir (“Azərsığorta”). Bu şirkət 5 ay ərzində  34,52 milyon  manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 5,8 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “Xalq Sığorta" ASC-dır. Bu şirkətin ödənişləri 8,522 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 18,5% çoxdur.

Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "Meqa Sığorta" ASC-dədir. Bu şirkət 5 ay ərzində 1,759 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 5,2% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə bazarı tərk etmiş “Rəvan Sığorta” ASC-dədir. Bu şirkətin ödənişləri 97,6% azalaraq 98 min manata düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et