Bu sığorta şirkətlərinin ödənişləri artıb | Banco.az

Bu sığorta şirkətlərinin ödənişləri artıb

6 sığorta şirkətinin yığımları azalıb

Bu ilin yanvar-oktyabr aylarının yekununa görə, Azərbaycandakı 22 sığorta şirkətindən 16-nın yığımları illik müqayisədə artıb, 6-nın isə yığımları azalıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, son 1 ildə yığımları ən çox artan şirkət bazarı tərk edən "Amrah Sığorta" ASC-dir. Bu şirkət 10 ayda 1982 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 5 dəfə çoxdur. Yığımları ən az artan şirkət isə Dövlət Sığorta Kommersiya Şirkətidir ("Azərsığorta"). Bu şirkətin daxilolmaları 46,083 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 5,5% çoxdur.

Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət "AXA MBASK" Sığorta Şirkəti ASC-dədir. Bu şirkət 10 ay ərzində 5 min manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 99,4% azdır. Daxilolmalarda azalma baxımından ən yaxşı vəziyyət isə “İpək Yolu Sığorta” ASC-dədir. Bu şirkətin yığımları 6,5% azalaraq 16,562 milyon manata düşüb. 

13 sığorta şirkətinin ödənişləri artıb

Bu ilin yanvar-oktyabr aylarının yekununa görə, Azərbaycandakı 22 sığorta şirkətindən 13-nün ödənişləri illik müqayisədə artıb, 8-nin ödənişləri azalıb, 1 şirkət ("Xalq Həyat Sığorta" ASC) isə son 1 ildə ödəniş etmədiyi üçün onun ödənişlərində dinamika qeydə alınmayıb.

Ən sərfəli kredit üçün müraciət et

Hesabata əsasən, ödənişləri ən çox artan şirkət "Naxçıvan Sığorta" ASC-dir. Bu şirkət 10 ayda 22 min  manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 14,4 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “Meqa Sığorta" ASC-dır. Bu şirkətin ödənişləri 3,763 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 1,4% çoxdur.

Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "Azərbaycan Sənaye Sığorta" ASC-dədir. Bu şirkət 10 ay ərzində 1,609 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 6,1% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə "AXA Mbask" Sığorta Şirkəti ASC-dədir. Bu şirkətin ödənişləri 88,7% azalaraq 627 min manata düşüb. 

Renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram