“Rəvan Sığorta” ASC “Turanbank” və “Azər-Türk Bank” ASC-lərdə yerləşdirdiyi depozitlərin müqaviləsinin vaxtını uzadıb.
Bu barədə şirkətin 2016-cı il üzrə hesabatına istinadən xəbər verilir.
Məlumata görə, bununla bağlı qərar “Rəvan Sığorta”nın səhmdarlarının növbədənkənar ümumi yığıncağında qəbul edilib.
Bundan başqa, şirkətin səhmdarları onunla eyni holdinqdə təmsil olunan “Nurgun Motors” MMC-yə məxsus 2 mln. manatlıq əmlakı almağa qərar veriblər. Hesabatda əmlakın nədən ibarət olduğu açıqlanmır.
Xatırladaq ki, "Rəvan Sığorta" şirkəti 1998-ci ildə "Double Insurance Company" kimi fəaliyyətə başlayıb, 2004-cü ildə adını "Star Alyans Sığorta"ya dəyişib, 2007-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 8 900 071,2 manatdır. Şirkətin səhmlərinin 49,1%-i daxil olduğu "Nurgun Group" MMM-ə, 42,36%-i "Nurgun Motors" şirkətinə, 8,54%-i isə "NBC Bank" ASC-yə məxsusdur.
Mənbə: Report.az