Bu sığorta şirkəti 100 milyon dollarlıq bitcoin aldı | Banco.az

Bu sığorta şirkəti 100 milyon dollarlıq bitcoin aldı

ABŞ-ın sığorta şirkəti Massachusetts Mutual Life Insurance Co. 100 milyon dollar dəyərində 5470 bitcoin alıb. The Wall Street Journal verdiyi məlumata əsasən bu investisiya MassMutual-a rəqəmsal iqtisadiyyatın getdikcə böyüyən bir aspektinə əhəmiyyətli bir giriş təmin edəcəkdir. Əsası 1851-ci ildə qoyulan və hazırda 235 milyard dollarlıq sığorta hesabını idarə edən MassMutual üçün bitcoin-ə 100 milyon dollarlıq yatırım kiçik bir investisiya olsa da porfelin divesifikasiya edilməsi istiqamtində əhəmiyyətli addımdır. MassMutual bitcoinləri NYDIG (New York Digital Investment Group) şirkəti vasitəsi ilə əldə edib. MassMutual bundan əlavə olaraq NYDIG-in 5 milyon dollarlıq səhm hissəsinə sahib olub.2020-ci ildə institusional səviyyəli oyunçular tərəfindən bitcoin-ə edilən investisiya qoyuluşu bir trend halına gəldi. MicroStrategy və Square-dən sonra MassMutual bu trendə qoşuldu.

Ən sərfəli kredit üçün müraciət et

kriptoinvest.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram