Bu şəxslər bank hesabların pulu məhdudiyyətsiz çıxara bilər | Banco.az

Bu şəxslər bank hesabların pulu məhdudiyyətsiz çıxara bilər

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) fiziki şəxslərin banklarındakı cari və əmanətlərin hesablarından vəsaitlərini çıxarmasına heç bir əlavə məhdudiyyət və yaxud rejim tətbiq etməyib.

Bunu Palatanın Direktorlar Şurası sədrinin müşaviri Rüfət Abbasov bildirib.

Xatırladaq ki, son günlər bankların fiziki şəxs olan müştərilərinin cari və əmanət hesabları ilə bağlı nağdlaşdırma əməliyyatlarında qadağalarla üzləşməsi barədə söz-söhbət yayılıb. R.Abbasovun sözlərinə görə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər bu baxımdan hüquqi şəxslərlə analogiya təşkil etdiyindən “Nağdsız hesablaşmalar haqqında” qanundan irəli gələn müvafiq rejim onların açdıqları bank hesablarına da tətbiq edilir. Yəni, sahibkar fiziki şəxslər də vəsaitlərini hüquqi şəxslərdə olduğu kimi müvafiq vergi ödənişlərini etdikdən sonra nağd şəkildə çıxara bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

“Bu rejim yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin VÖEN əsasında açdıqları hesablara şamil edilir, fiziki şəxslərin digər cari hesablarına və əmanət hesablarına aid deyil”, - deyə R.Abbasov qeyd edib.

Başqa sözlə, banklarda cari və əmanət hesabları olanlar pullarını problemsiz götürə bilərlər. 

Mənbə: Report

Ən sərfəli krediti almaq üçün müraciət et