Müəllif: Tamara Mustafayeva, Banco.az
“DALL-E” süni intellekt texnologiyasından istifadə edilərək yaradılmış real vizual görüntüləri sizin üçün təqdim edirik.
Banco.az xəbər verir ki, son zamanlar ortaya çıxan süni intellekt vasitələri çox sürətlə inkişaf edir. Mətndən şəkillər yaradan “DALL-E” kimi süni intellekt vasitələri gündən-günə daha real görüntülər yarada bilir.
“OpenAI” tərəfindən hazırlanmış “DALL-E” ilə yaradılmış real vizuallara gəlin birlikdə nəzər salaq.
1) Tüklərinin təfərrüatlarından tutmuş burnunun toxumasına qədər
Basset cinsi bu itin xəzinin təfərrüatlarına və burnunun toxumasına diqqətlə baxanda belə onun gerçək olduğuna inanmamaq mümkün deyil.
2) Yağın parıltı xüsusiyyəti də yaddan çıxmayıb.
Başqa bir şəkil olduqca dadlı görünən bastırmalı sendviçdir. Bastırmanın üzərindəki yağın nəmliyi də unudulmayıb.
3) Şüşə içində gəmi
“DALL-E”nin çəkə biləcəyi incə nüansların səviyyəsi bizi heyran etməkdə davam edir. Növbəti şəkil təkcə kiçik bir gəmi deyil, burada realizm real işıqlandırma və bokeh effektləri ilə dəstəklənir.
4) Ölçülərarası kvant film kamerası
Yeni texnologiya yaratmaq üçün süni intellektdən istifadə edə bilsək necə olardı? Təsəvvür edin ki, siz hətta onu yaratmağa cəhd etməmişdən əvvəl yeni alətin necə görünəcəyi barədə fikir əldə etmək üçün sadəcə bir neçə sözlə onu təsvir etməyiniz kifayətdir.
5) Dincələn kosmonavt
Yaradılan şəkillərin heç də hamısı fotorealistik deyil. Bəziləri müəyyən bir üslubda hazırlanmış sadə şəkillərdir.
Belə ki, burada məqsəd kosmosda tropik kurortda uzanın dincələn bir astronavtın təsvirini yaratmaqdır.
Biz süni intellektin sanki real insan tərəfindən hazırlanıbmış kimi yaradıcı olması və inandırıcı olması ideyasını bəyənirik.
Bizi sosial şəbəkələrdən izləyin!!