Bu səhvləri etməyin! | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Bu səhvləri etməyin!

İşə müraciət müddətində edilən ən xırda səhv belə sizi işsiz qoya bilər. Odur ki, bu səhvləri etməməyə çalışın:

1 - Necə bir işdə işləmək istədiyini bilməmək.

2 - Karyera etmək istədiyi sahə haqqında məlumat sahibi olmamaq.

3 - Müraciət edilən işlə əlaqəsi olmayan CV hazırlamaq.

4 - Önyazı yazmamaq.

5 - Önyazıya "işə çox ehtiyacım var", "mənə şans verin" kimi müraciət edilən işlə heç əlaqəsi olmayan şeylər yazmaq.

6 - Təsadüfi iş müraciəti etmək, hər yerə CV göndərmək.

7 - İşləmək istədiyiniz firma haqqında məlumat toplamamaq.

8 - İşləmək istədiyiniz vəzifə ilə əlaqədar araşdırma etməmək.

9 - Sosial media hesablarında işə götürmə mütəxəssislərini tərəddüdə salacaq paylaşmalar etmək.

10 - Firmalara əlaqə ünvanı olaraq vorzakon @ ... com, anonimka @ ... com kimi professional həyat üçün uyğun olmayan email hesabları vermək.

Günel Abduraxmanova / Banco.az