Bu şəhərin yoxluğunu sübut edənə 1 milyon avro MÜKAFAT veriləcək | Banco.az

Bu şəhərin yoxluğunu sübut edənə 1 milyon avro MÜKAFAT veriləcək

Almaniyanın Bielefeld şəhərinin mövcud olmadığını sübut edən şəxsə böyük məbləğdə pul mükafatı veriləcək.

Banco.az xəbər verir ki, Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində yerləşən şəhərin mövcud olmaması haqqında müzakirələr uzun müddətdir ki, davam edir. Ənənə halını alan bu söz-söhbətlər 25 illik zarafatı özündə ehtiva edir. Belə ki, şəhərə olan marağı artırmaq məqsədi ilə müsabiqə təşkil olunacaq. Təbii ki, tələb olunan qaydalara əməl edərək şəhərlə bağlı iddiasını sübut edən şəxsi isə 1 milyon avro pul mükafatı gözləyir.

Müsabiqənin qaydalarına görə, Almaniyanın yetkinlik yaşına çatan vətəndaşları “Bielefel” şəhərinin mövcud olmaması haqqında sənədləri sentyabrın 5-dək müvafiq quruma təqdim etməlidirlər. Buraya müxtəlif foto, video və ya mətn şəklində olan materiallar daxildir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, şəhərlə bağlı bu zarafatın tarixi 1994-cü ilə gedib çıxır. Bielefeldə təşkil olunan tədbirə dəvət olunan universitet tələbəsi Achim Held belə bir şəhərin varlığından xəbərsiz idi. Təmir işlərinin aparılmasına görə şəhərə gedən yolda yol işarələrin üzərindən xətt çəkildiyini görən Held Usenet sosial şəbəkədə paylaşım edir.

“Belə bir şəhər yoxdur” 

Bu paylaşım Heldin təsəvvür edə bilməyəcəyi formada məşhurlaşdı. Hətta baş nazir Angela Merkel də bu zarafat dalğasına qoşulanlardan biri oldu. Maraqlı məqam odur ki, uzun müddət zarafat formasında yayılan bu müzakirələri ciddi olaraq qəbul edən şəxslər də var.

Aida İSAQ, Banco.az