Yaponiya hökuməti insanları Tokiodan başqa ərazilərdə yaşamağa razı salmaq üçün yeni bir üsula müraciət etməyi düşünürlər: pul vermək.
Yaponiyanın yerli televiziya və radio yayım şirkəti olan NHK tərəfindən yayımlanan hesabatda hökumətin növbəti ildən etibarən Tokionun 23 regionunun xaricində iş tapıb oraya köçməyi qərarlaşdıranlara 3 milyon yen (təqribən 26 min dollar) ödəməyi planlaşdırdığı bildirilib.
Tokio və ətraf əraziləri əhatə edən böyük meqapolis, 38 milyon insanının məskunlaşması faktına görə uzun müddətdir ki, populyardır. Yaponiya əhalisinin sayı azalsa da, bu regionda məskunlaşan əhalinin sayı artmağa davam edir. Bu da digər şəhərlərin əhali sayının daha da azalmasına gətirib çıxarır.
Hesabata görə, son 22 il ərzində Tokioya köçənlərin sayı, bu şəhəri tərk edənlərin sayından xeyli artıqdır. Belə ki, Yaponiyadakı hər üç nəfərdən biri Tokioda yaşayır.
Vergi güzəştləri tətbiq edilə bilər
Hökumət, insanlar Senday və Sapporo kimi böyük şəhərlərdən uzaqlaşdıqca, onları bu ərazilərə cəlb etmək üçün vergi güzəştləri üsulundan istifadə etməyi düşünür.
Yaponiya hökuməti uzun illərdir ki, insanları paytaxtdan yayındırmağa və əhali sayı azalan regionları yenidən canlandırmağa çalışır. “Regionların yenidən canlandırılması” adlı proqram çərçivəsində bəzi yerli idarələr şirkətlərin Tokionu tərk etməsi üçün vergiləri azaltmağa başlayıb. Digər bölgələrdə isə daşınma xərcləri yerli hökumət tərəfindən qarşılanır.
Tokiodan uzaqlaşma tendensiyası
Əslində Tokionun gənc sakinləri arasında şəhər həyatını geridə qoyub daha kiçik, ucuz və səssiz yerlərə yerləşmək planları quranlar da var. Bəzi regionlar da müəssisələri Tokionu tərk etməklə bağlı razı salmağa nail olublar. Fukuoka və Kyuşu kimi şəhərlər texnologiya işçiləri və yeni sahibkarların seçim nöqtəsinə çevrilib. Bu seçimin əsas səbəbləri isə həm maliyyə xərclərinin azlığı həm də şəhərlərin Asiyadakı digər bazarlara yaxınlığıdır.
Yaponiya hökumətinin bürokratiyası, ən yaxşı məktəblərin Tokioda olması, aparıcı şirkətlərin bu şəhərdə fəaliyyət göstərməsi kimi nüanslar isə regionun əhali sayının azalmasını çətinləşdirir.
Həmçinin oxu: Səyahət ediləcək ƏN UCUZ ölkələr
Tamara Mustafayeva, Banco.az