Bu şəhərdə təbii qazın qiyməti ucuzlaşacaq | Banco.az

Bu şəhərdə təbii qazın qiyməti ucuzlaşacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

İstanbulda təbii qazın qiyməti ucuzlaşacaq.

Banco.az xəbər verir ki, Türkiyənin ən böyük şəhəri olan İstanbulda əhalinin yaşayış evlərində istifadə edilən təbii qazın qiymətində 12 faiz endirim olacaq.

Mövzuya yaxın mənbələrin məlumatına görə, sözügedən endirim yanvar ayının 1-dən etibarən qüvvəyə minəcək. Bununla da, hazırda təbii qaza 1000 lirə ödəniş edənlər yeni qərardan sonra 879 lirə ödəməli olacaqlar.

Xatırladaq ki, evlərdə istifadə edilən təbii qazın qiyməti sonuncu dəfə sentyabr ayında 20,4 faiz bahalaşdırılmış, oktyabr, noyabr və dekabr aylarında isə tarif sabit saxlanılmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et