Bu şəhərdə otellər zəlzələdən zərərçəkənləri qəbul edəcək | Banco.az

Bu şəhərdə otellər zəlzələdən zərərçəkənləri qəbul edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Antalyada fəaliyyət göstərən otellər zəlzələdən zərərçəkənlərə xidmət göstərəcək.

Banco.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama edib.

Zəlzələdən zərər çəkmiş 10 vilayətin təbii fəlakət zonası elan edildiyini bildirən prezident 10 vilayət üçün 3 ay müddətində fövqəladə vəziyyət elan edildiyini də bildirib.

O həmçinin qeyd edib ki, zəlzələ bölgəsinə yaxın yerlərdən başlayaraq qış mövsümü ilə əlaqədar artıq fəaliyyətini dayandıran mehmanxanaların təbii fəlakətdən zərərçəkənlərin xidmətinə verilməsi üçün lazımi planlar hazırlanır. Təkcə Antalya bölgəsində bu məqsədlə 50 min çarpayı hazırlanıb.

Ən sərfəli kredit üçün müraciət et

Türkiyə Otelçilər Federasiyası isə tələbat yaranacağı təqdirdə zəlzələdən zərərçəkənlər üçün növbəti 9450 otel otağının da istifadəyə veriləcəyini açıqlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et