Bu şəhərdə dünyanın ilk e-idman adası yaradılacaq | Banco.az

Bu şəhərdə dünyanın ilk e-idman adası yaradılacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Əbu-Dabi dünyanın ilk e-idman adasının planını açıqlayıb.

Banco.az xəbər verir ki, dünyanın ilk oyun şəhəri “Play Life”dan sonra bu dəfə Əbu-Dabi dünyanın ilk e-idman adasının inşası ilə e-idman arenasının episentri olmağa hazırlaşır.

280 milyon ABŞ dollarından çox büdcəsi olan bu iddialı investisiyaya e-idman klublarının beynəlxalq şəbəkəsi “True Gamers” rəhbərlik edir.

Əbu-Dabinin Ümid Adası ilə bitişik olan e-idman adası tamamlandıqdan sonra yekun dəyərinin 1 milyard ABŞ dollarına çatacağı gözlənilir. Bu yüksək büdcəli layihəyə oyun qurğuları ilə konfiqurasiya edilmiş 200 otaq, oyun turnirləri üçün futuristik məkanlar və lüks otellər daxildir.

Adanın mərkəzində minlərlə insanı qəbul etmək gücünə malik olan və böyük beynəlxalq turnirlərə, konfranslara və sərgilərə ev sahibliyi edə bilən xüsusi arena da var. TG Arena adlanan bu ərazi adanın özü kimi yüksək texnologiyaya malikdir. Bu sahələr həm formalaşmış, həm də formalaşan istedadları təşviq etmək üçün elektron idmançılara həsr olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Adada mövcud olan xidmətlər təkcə oyunlar və texnologiya ilə bağlı deyil. Belə ki, ada həmçinin bir çox analitik alətlərə, kompüter qarşısında keçən uzun saatlardan yorulanlar üçün yuxu sahələrinə və oturaq həyat tərzi keçirən oyunçular üçün qidalanma rejiminə malik təlim düşərgələrinə çıxış təmin edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et