Tamara Mustafayeva, Banco.az
Mərkəzi ABŞ-ın Kaliforniya ştatında yerləşən AiFi avtomatlaşdırılmış pərakəndə texnologiyası şirkəti Çinin Şanxay şəhərində dünyanın ən böyük "kassirsiz" marketini açıb.
Banco.az xarici mətbuata istinadla bildirir ki, təqribən 370 kvadrat metr sahəsi olan bu market müştərilərin kassaya getmədən mağazadan çıxa bilməsi üçün 200 ədəd smart kamera ilə təchiz edilib. Müştərilərin aldığı məhsullar kameralar tərəfindən avtomatik müəyyən edilir və ağıllı səbət yaradılır. Daha sonra alınan məhsullar üçün ödəniləcək məbləğ müştərinin qeyd etdiyi hesabın balansından çıxarılır.
Mütəxəssislərin fikrincə, marketlərdə kassirlərlə təmasın qarşısını aldığı və uzun kassa növbələrini aradan götürdüyü üçün Covid-19 pandemiyası dövründə kassirsiz marketlərə maraq daha da artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!