Bu şəbəkə sosial media bazarında birinci yer tutur | Banco.az

Bu şəbəkə sosial media bazarında birinci yer tutur

Bu ilin sentyabr ayında Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı avqust ayı ilə müqayisədə 4,3 faiz bəndi artıb.

Oktyabrın 1-nə "Facebook"un Azərbaycanın sosial media bazarında payı 37,3% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 23,2 faiz bəndi azdır. Populyarlığına görə "Facebook" ölkənin sosial media bazarında birinci yeri tutur.

Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə "Pinterest" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı sentyabr ayı ərzində 4 faiz bəndi azalıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin oktyabr ayının 1-nə 27% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən təqribən 15,1 faiz bəndi çoxdur.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et