Bu sahibkarlar üçün maliyyə sanksiyaları ləğv edilib | Banco.az

Bu sahibkarlar üçün maliyyə sanksiyaları ləğv edilib

Azərbaycanın işğal altında olan rayonları və cəbhəyanı ərazilərində qeydiyyatda olan mikro və kiçik sahibkarlıq subyektlərinə baş verən hadisələr nəticəsində dəyən maddi zərərin təsirinin azaldılması, sahibkarlıq fəaliyyətinin davamlılığının təmin edilməsi məqsədilə həmin subyektlərə münasibətdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 15 oktyabr tarixində "İnzibati icraat haqqında" Qanunun müddəalarına uyğun olaraq, müvafiq qərar qəbul edilib.

Nazirlikdən verilən məlumata görə, belə ki, bu vergi ödəyiciləri üzrə maliyyə sanksiyalarının tətbiq edilməsini nəzərdə tutan qərarlar tam şəkildə, səyyar vergi yoxlamalarının nəticəsi üzrə qəbul olunmuş qərarların isə maliyyə sanksiyasının tətbiqi edilməsi hissəsi ləğv edilib.

Qəbul edilən qərarla 2 013 vergi ödəyicisinin 6 544,3 min manat məbləğində, o cümlədən tam və qismən işğal altında olan rayonlar üzrə 191 vergi ödəyicisinin 103 min manat, cəbhəyanı rayonlar üzrə isə 1 822 vergi ödəyicisinin 6 441,4 min manat məbləğində maliyyə sanksiyası ləğv olunub.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et