Tamara Mustafayeva, Banco.az
Yaponiyalı texnologiya şirkəti Epson kosmik robotların istehsalı ilə məşğul olan GITAI Inc. ilə əməkdaşlığa başladıqlarını elan edib.
Banco.az xarici mətbuata istinadla bildirir ki, sözügedən əməkdaşlıq çərçivəsində Ay və Mars layihələri üzrə kosmik stansiyaların inşası və tullantıların təmizlənməsi üçün robotlar istehsal ediləcək. Bu robotlarla kosmik layihələr zamanı təhlükəsizliyin artırılması və maliyyə xərclərinin azaldılması planlaşdırılır.
Məlum olduğu kimi, kosmik araşdırmalar üçün istifadə edilən işçi qüvvəsi təhsil, təlim və nəqliyyat xərcləri baxımından həm riskli, həm də bahalı hesab edilir. Bu səbəbdən də, GITAI şirkəti ümumi məqsədlər üçün istifadə ediləcək robotların istehsal edilməsi ilə kosmonavtların üzərinə düşən riski və yükü azaltmağı hədəfləyir. Beləliklə, kosmik layihələrin icrası üçün işçü qüvvəsi lazım olduqda sözügedən robotlara müraciət ediməsi ümumi xərcləri də minimuma endirəcək.
Qeyd edək ki, əməkdaşlıq çərçivəsində Epson şirkəti GITAI texnologiyalarının tətbiq edilmə potensialını araşdıracaq, öz mühəndislərini bu şirkətə göndərəcək və işçi mübadiləsi vasitəsilə açıq innovasiyanı aktiv olaraq dəstəkləyəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!