Bu qurumların borcalması dövlət borcu hesab olunmayacaq | Banco.az

Bu qurumların borcalması dövlət borcu hesab olunmayacaq

Prezident İlham Əliyev “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, sözügedən sənədin 1.2-ci bəndində dəyişiklik edilib.

Belə ki, sözügedən bəndə əsasən, bu Qayda paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan bankların, bank olmayan kredit təşkilatlarının və sığorta şirkətlərinin borcalmasına şamil olunmurdu.

Fərmanla Mərkəzi Bank və İpoteka və Kredit Zəmanət Fondu da bu qəbildən olacaq.

Qaydaya əsasən, dövlətə məxsus olan hüquqi şəxslər cari il iyunun 1-dək növbəti il üzrə borcalma niyyətləri və borcalmanın ümumi məbləğləri barədə məlumatı Maliyyə Nazirliyinə təqdim edirlər. Dəyişikliyə əsasən, bu müddət dekabrın 1-nə keçirilib.

İndiyədək Nazirlər Kabineti Azərbaycan Prezidenti ilə razılaşdırmaqla cari il sentyabrın 15-dək növbəti il üçün dövlətə məxsus olan hüquqi şəxslərin borcalmasının yuxarı həddini müəyyən edirdi, indi isə bu tarix fevralın 1-nə keçirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et