Bu qəsəbədə bir neçə avroya İSTƏNİLƏN QƏDƏR kirayə qalmaq olar | Banco.az

Bu qəsəbədə bir neçə avroya İSTƏNİLƏN QƏDƏR kirayə qalmaq olar

Bu təəccüblü yer, Fuqqeray məhəlləsidir, Almaniyanın ən gözəl şəhərlərindən birində - Ausburqda yerləşir. Burada cəmisi bir neçə avro dəyərində icarə haqqı ödəyərək yaşamaq olar. Amma bu halda bir neçə məcburi şərt yerinə yetirilməlidir…

… ən azı 2 il Ausburqda yaşamaq, katolikliyi qəbul etmək və gündə 3 dəfə dua etmək lazımdır.

Çox gözəl qədim şəhər olan Ausburq Alp dağlarının ətəklərində yerləşir. Şəhərin kökü və tarixi Roma imperiyası dövrünə gedib çıxır. Şəhər Roma hərbi düşərgəsinin yerində yaranıb.

Publika.az evlərin illik kirayəsi cəmisi bir neçə avro olan, özünəməxsus, unikal şərtləri ilə seçilən Fuqqeray məhəlləsi haqda reportajı dəyərli oxuculara təqdim edir.

Ausburq Bavariyanın başqa şəhərləriylə müqayisədə həmişə daha zəngin təsir bağışlayıb. Bu əsasən onunla bağlı idi ki, burada çox varlı Fuqqer sülaləsi yaşayırdı. “Zəngin” ləqəbi ilə tanınan Yakob Fuqqer ticarət-bank evinə başçılıq edirdi və Avropanın ən varlı insanı kimi tanınırdı. Onun sərvətinin sayəsində qısa vaxt ərzində Ausburq Avropanın əsas maliyyə mərkəzinə çevrildi.

Yakob Fuqqer öz doğma şəhərini unutmurdu və qardaşları ilə birlikdə 1521-ci ildə burada dindar katoliklər üçün yeni bir qəsəbənin əsasını qoydu. O, qəsəbəni "zəhmətsevənlərin, ədəblilərin, yalnız bədbəxtlik üzündən yoxsulluğa düşmüşlərin məhəlləsi" adlandırırdı.

Böyük torpaq sahəsini alaraq girovdan çıxaran Fuqqerlər orada çox gözəl qəsəbə salıdılar. Kilsəylə və xəstəxanayla əhatələnən ikimərtəbəli evlərdən ibarət qəsəbə, sadəliyi və yaşayış şərtləri ilə hər kəsi heyrətləndirir.

Məhəllə əsasən kasıb və yaşlı insanlar üçün nəzərdə tutulmuşdu, hansılar ki, burada praktik olaraq pulsuz ömürlük yaşaya bilirdilər.

Beləliklə, ən qədim sosial-pansionat belə yaranmış oldu.

Burada ev sahibi olmaq istəyən şəxslər yalnız kasıb insan olmalı və kriminal keçmişdən uzaq olmalı idilər. Bundan başqa, katolik olmaq da məcburi şərtlərdən biri idi. Məhəllə sakinləri üçün nəzərdə tutulan Fuqqer Manifestində yazılmışdı ki, onlar gün ərzində 3 dəfə Tanrıya, Müqəddəs Mariyaya və qəsəbənin baniləri Fuqqerlər sülaləsinə dua etməyə məcburdurlar.

Məhəllə hündür divarlarla hasarlanmışdı, və o, faktiki olaraq, şəhərin daxilində şəhər kimi görünürdü. Onu banisinin adı ilə adlandırdılar – Fuqqeray qəsəbəsi.

Ən sərfəli kredit üçün müraciət et

Amma ən maraqlısı budur ki, Fuqqeray hələ də öz ilkin təyinatı üzrə istifadə olunur.

1944-cü ildə Ausburq bombardmanlar nəticəsində xeyli zərər görür, əhəmiyyətli dərəcədə dağıdılır, təbii ki Fuqqeray da bu zərərdən yan keçmir. Amma nəticədə o bərpa edilir və hətta Fuqqerlər fondunun hesabına əlavə olaraq daha 14 bina tikilir.

Məhəllənin binalarında əvvəlki kimi, təxminən 150 insan yaşayır, onlar əsasən, Ausburqdan olan təqaüdçülərdir.

Fuqqer nəsilinin davamçıları isə ağsaqqallar şurasına daxildirlər və məhəllənin həyatını idarə edirlər.

Burada icarə haqqı simvolik olaraq qalıb - ildə 3.35 avro.

Zahirən görünür ki, bu əsrarəngiz guşədə heç nə dəyişilməyib – əvvəlki kimi burada sakit, təmiz, rahat, yaşıllıqlı, hüzr dolu bir ortam hökm sürür.

Lakin bu heç də o demək deyil ki, sivilizasiya bu məkandan yan keçib. Hər evciyə elektrik, su təmini, kanalizasiya və mərkəzləşdirilmiş istilik sistemi quraşdırılıb.

Mənzillərin interyeri kifayət qədər sadə, artıqlıqlarsız, yalnız ən vacib olan əşyalardan ibarətdir.

Qəsəbənin ərazisinə giriş 22-00-dan etbarən dayandırılır. Bütün qapılar bağlanır.

Bəli, bu cür qeyri-adi bir qəsəbənin müasir dövrdə, ən qabaqcıl ölkələrdən birində olması, yaxşı mənada təəccüblüdür. Onun sakinləri öz ənənələri, həyat tərzləri və qeyri-adi qayğıları ilə sakitcə ömür sürürlər.

Son vaxtlar əsrarəngiz qəsəbə Ausburqa gələn turistlərdə böyük maraq yaradıb. Qəsəbəyə giriş turistlər üçün pulludur.

Zaur H.

Ən sərfəli krediti almaq üçün müraciət et