Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-ın daha bir şirkətində ixtisar qərarı verilib.
Banco.az xəbər verir ki, Amerikanın bulud əsaslı proqram təminatı şirkəti “Salesforce” işçi qüvvəsini 10 faiz azaltmaq qərarına gəldiyini açıqlayıb.
Bu barədə şirkətin həmtəsisçisi və baş icraçı direktoru (CEO) Mark Benioff şirkət işçilərinə yazdığı məktubda bildirib.
O, qeyd edib ki, pandemiya dövründə gəlir artımlarının sürətlənməsi ilə həddən artıq çox insanı işə götürüblər ki, bu da hazırda üzləşdikləri iqtisadi tənəzzülə gətirib çıxaran başlıca amildir.
Sözügedən ixtisar qərarının xərcləri 1,4-2,1 milyard dollar azaldacağı gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!