Müəllif - Aida İsaq, Banco.az
Rusiyaya smartfon idxalı azalıb.
Banco.az xəbər verir ki, cari ildə idxal ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz, 2021-ci ilin əvvəli ilə müqayisədə isə 18,6 faiz azalıb. Ümumilikdə, 2023-cü ilin birinci rübündə ölkəyə 6,4 milyon smartfon idxal edilib. Əsas təchizatçı şirkət Çinin “Xiaomi” brendi olub.
İlk beş idxalçının yer aldığı siyahıya “Samsung”, “Honor”, “Realme” və “Apple” daxil olub.
Qeyd edək ki, Rusiya ötən illə müqayisədə 0,1 faiz üstünlüklə qlobal smartfon bazarının 2,4 faizinə sahibdir.
Bizi sosial şəbəkələrdən izləyin!!