Bu ölkəyə gedən turistlərə gündəlik 185 dollar veriləcək | Banco.az

Bu ölkəyə gedən turistlərə gündəlik 185 dollar veriləcək

Yaponiya hökuməti turistlər üçün gündəlik 185 dollar məbləğində xüsusi vauçerlər tətbiq etməyi planlaşdırır.

Bu qərar ölkənin koronavirus pandemiyasında zərər çəkmiş turizm sektoruna yardım məqsədilə qəbul edilib.

Plana əsasən, turistlərə verilən məbləğ gündəlik xərclərin yarısını ödəməyə imkan verəcək. Çeklər kafe, restoran və mağazalarda qəbul olunacaq. Turistin həmin vauçerleri ala bilməsi üçün Yaponiyada hotel bron etməsi vacibdir.

Bu təşəbbüsün iyulun sonunda işə düşməsi gözlənilir. Ümumilikdə bu layihəyə təxminən 12,5 milyard dollar məbləğ ayrılıb.

Trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et