Bu ölkənin tikinti sektorunda kadr çatışmazlığı problemi yaranıb | Banco.az

Bu ölkənin tikinti sektorunda kadr çatışmazlığı problemi yaranıb

Müəllif - Aida İsaq, Banco.az

Rusiyada sanksiyalar və əmək miqrantlarının öz vətənlərinə getməsi fonunda kadr çatışmazlığı müşahidə olunur.

Banco.az xəbər verir ki, bu aparılan sorğular nəticəsində məlum olub. İxtisaslı mütəxəssislərin və işçi qüvvəsinin olmaması sənayedə ciddi problemlər yaratmağa davam edir. Sorğu iştirakçılarının 90%-i yaxın altı ayda vəziyyətin daha da pisləşəcəyini gözləyir. Eyni zamanda, cari ildə geosiyasi amillər və elan olunan səfərbərlik səbəbindən işçi çatışmazlığının nisbətən çoxaldığı vurğulanır.

Qeyd olunur ki, tikinti sənayesində işçi çatışmazlığı ilk dəfə olaraq koronavirus pandemiyasının pik həddə çatdığı dövrə təsadüf edir. Belə ki, əmək miqrantları kütləvi şəkildə ölkəni tərk etməyə başlamışdı. İndi həmin miqrantların öz vətənlərində də işçi qüvvəsinə tələbat yüksəkdir. Bundan başqa, bir sıra şirkətlərin müxtəlif layihələrinin Rusiyadan MDB ölkələrinə köçürməsi bu regionda işçilərə tələbatın artmasına səbəb olub.

Ən sərfəli kredit üçün müraciət et

Analitiklər hazırda Rusiyada işçi çatışmazlığının 20-25% səviyyəsində olması qənaətinə gəliblər. Xüsusi ilə mühəndislərin sayında kəskin çatışmazlıq müşahidə olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et