Bu ölkənin şirkətləri müflis olmaq təhlükəsi ilə üz-üzədir | Banco.az

Bu ölkənin şirkətləri müflis olmaq təhlükəsi ilə üz-üzədir

Müəllif - Aida İsaq, Banco.az

Almaniyada 300 mindən çox yəni hər onuncu şirkət maliyyə problemindən əziyyət çəkir.

Banco.az xəbər verir ki, iflasa uğrayan Almaniya şirkətlərinin sayı mart ayı ilə müqayisədə 15,6 faiz artıb. Almaniyanın CRIF şirkətinin idarəedici direktoru Frank Schlein bildirib ki,  yüksək enerji xərcləri, mövcud təchizat zənciri problemləri və inflyasiya bir çox şirkətlər üçün problemlər yaradır. Onun fikrincə, vətəndaşların qənaət etməyə başlamaları da mövcud vəziyyətə öz təsirini göstərir. 

Şirkətin proqnozuna görə, Almaniya kütləvi iflas təhlükəsinin astanasındadır. İlin sonuna kimi 14,5 min şirkət müflis ola bilər. 2023-cü ildə bu rəqəmin 17 minə yüksələcəyi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram