Bu ölkənin şirkətləri iflas səbəbindən işçilərini ixtisar edir | Banco.az

Bu ölkənin şirkətləri iflas səbəbindən işçilərini ixtisar edir

Müəllif - Aida İsaq, Banco.az

Almaniyada yerli müəssisələr kadr siyasəti ilə bağlı yeni addımlar atmağa hazırlaşır. Banco.az xəbər verir ki, istehlakın azaldılması, yüksək enerji qiymətləri, eləcə də Almaniyanın gələcək iqtisadi inkişafı ilə bağlı qeyri-dəqiq proqnozlar buna səbəb olub.

Məlumata görə, Almaniyada işçilərini ixtisar etməyə hazırlaşan şirkətlər yeni mütəxəssisləri işə götürməyi planlaşdıran şirkətlərdən daha çoxdur.

Bundan əvvəl sentyabrda Almaniyada 762 firmanın müflis olduğu bildirilmişdi. Oktyabr ayında da iflaslarda yüksək artım gözlənilir.

Qeyd edək ki, analitiklər keçən ilin noyabrında 40% artım proqnozlaşdırırdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram