Bu ölkənin şərab istehsalçıları təzminat istəyirlər | Banco.az

Bu ölkənin şərab istehsalçıları təzminat istəyirlər

Fransanın şərab istehsalçıları ABŞ-ın tətbiq etdiyi əlavə vergilər ucbatından üzləşdikləri ziyanın əvəzinin ödənilməsi üçün Fransa dövlətindən və "Airbus" şirkətindən 300 milyon avro həcmində təzminat ödənilməsini xahiş ediblər.

ABŞ Prezidenti Donald Tramp aviasiya sahəsində Avropanın ən nəhəng şirkətlərindən olan "Airbus"ın dövlətdən aldığı dəstək sayəsində Amerikanın "Boeng" şirkəti qarşısında ədalətsiz rəqabət imkanı qazandığı iddiasını irəli sürərək sentyabr ayından Avropa ölkələrindən idxal olunan bir sıra mallara, eləcə də Fransa şərablarına 25 faiz əlavə gömrük vergisi qoymağa başlayıb. Bu isə tarazlığın pozulması ilə nəticələnib, Fransanın şərab istehçılarının öz məhsullarını bazara çıxarmasına ciddi əngəllər yarandığı üçün onlar böyük itkilərə məruz qalıblar.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et