Bu ölkənin sakinləri qənaət etmək istəmir | Banco.az

Bu ölkənin sakinləri qənaət etmək istəmir

Müəllif - Aida İsaq, Banco.az

Rusiyada əhali qənaət etmək əvəzinə, əlavə gəlir mənbəyi axtarmağa başlayıb.

Banco.az xəbər verir ki, vətəndaşların 32,8 faizi bu qənaətə gəlib. Ötən illə müqayisədə bu göstərici 8,2 faiz bəndi artıb. Eyni zamanda, müvafiq dövrdə pula qənaət etmək istəyənlərin səviyyəsi azalıb. Bu barədə “MoneyMan” şirkətinin apardığı araşdırmada qeyd olunur. 

Şirkətin baş direktoru Sergey Vesovşçuk cari ildə maliyyə vəziyyətindən razı olan əhalinin və xərclərini azaltmağa hazırlaşanların nisbətində artım qeydə alındığını bildirib. Onun sözlərinə görə, maliyyə vəziyyətindən razı qalan rusların nisbətinin artması insanların hazırkı iqtisadi vəziyyətə tədricən uyğunlaşmasından xəbər verir.

Qeyd edək ki, müvafiq sorğu 2023-cü il yanvarın 16-dan 22-dək olan dövrü əhatə edir. Sorğuda Rusiyanın bütün regionlarından 18 yaşdan yuxarı 1500 nəfər iştirak edib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram