Müəllif - Aida İsaq, Banco.az
Bu ilin yanvar ayından rusiyalı milyarderlərin ümumi sərvəti 13,17 milyard dollar artıb.
Banco.az xəbər verir ki, bu barədə “Bloomberg”in milyarderlər indeksində qeyd olunub. Milyarderin məcmu sərvətinin artım tempi rus milyarderlərinə məxsus şirkətlərin səhmlərinin dəyəri əsasında hesablanır. Beləliklə, cari ilin ilk üç ayında “Lukoyl”un təsisçisi Vahid Ələkbərov (3,17 milyard dollar), “Novatek”in rəhbəri Leonid Mixelson (1,65 milyard dollar) və başqaları sərvətlərini artırıb.
Qeyd edək ki, 2022-ci il fevralın sonunda Ukraynada münaqişənin kəskinləşməsindən sonra rus milyarderləri bir il ərzində 67 milyard dollar itirib.
Bizi sosial şəbəkələrdən izləyin!!