Müəllif - Aida İsaq, Banco.az
Rusiya Mərkəzi Bankı 2023-cü il mayın 1-dək min nəfərə yaxın əməkdaşı ilə sağollaşacaq.
Banco.az xəbər verir ki, ixtisarlarla bağlı regional bölmələrə ayrıca sərəncamlar göndərilib. Məlumata görə müvafiq islahatlar birinci ixtisar dalğasını əhatələyir. İkinci dalğanın həyata keçirilməsi isə payız aylarına planlaşdırılıb. Müvafiq addımın əməkdaş heyətinin optimallaşdırılması ilə bağlı olduğu bildirilir. Eyni zamanda bu cür tədbirlərə bir neçə il əvvəl başlanıldığı qeyd olunur. 2015-ci ildən müvafiq göstərici 30 faiz azalıb. Lakin Mərkəzi Bankın hesabatlarına əsasən uzun müddətdən sonra belə iri miqyaslı ixtisarlar ilk dəfə həyata keçiriləcək.
Qeyd edək ki, 2021-ci ildə tənzimləyici qurumun işçilərinin sayı 300 nəfər azalaraq təqribən 49 000 nəfərə düşüb.
Bizi sosial şəbəkələrdən izləyin!!