Bu ölkənin kinoteatrlarında bitkoinlə ödəniş dövrü başlayır | Banco.az

Bu ölkənin kinoteatrlarında bitkoinlə ödəniş dövrü başlayır

Tamara Mustafayeva, Banco.az

Bitkoin ilə alış-veriş dövrü artıq kinoteatrlarda da başlayır.

Banco.az xarici mətbuata istinadla bildirir ki, bununla bağlı ilk addım isə ABŞ-ın ən böyük kinoteatrlarından biri olan "American Movie Classics" tərəfindən atılıb. 

Şirkətin CEO-su Adam Aron, "Bitkoin barəsində bundan öncəki 10 il ərzində öyrəndiyimdən daha çoxunu axırıncı 6 ayda öyrənməli oldum", deyə bildirib. O, həmçinin, "Bitkoini ödəniş vasitəsi kimi qəbul etmək üçün lazımi proqramların quraşdırılmasını təmin etməliyik. Hazırda ABŞ-da fəaliyyət göstərən kinoteatrlarımızda "Apple Pay" və "Google Pay" üçün kod yazılması ilə məşğuluq", deyə əlavə edib.

Sözügedən proseduralar başa çatdığı zaman müştərilər biletləri bitkoin ilə satın ala biləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bu açıqlamadan sonra şirkətin səhmləri 4%-dən çox bahalaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et