Tamara Mustafayeva, Banco.az
Covid-19 əleyhinə tədbirlər səbəbilə ötən il Almaniyada aviareyslər 2019-cu ilə nəzərən 56.2% geriləyərək 1.46 milyona enib. Bu göstərici ölkədə hava nəqliyyatının 1980-ci illərin səviyyəsinə gerilədiyini göstərir.
Banco.az xarici mətbuata istinadla bildirir ki, Almaniyanın hava nəqliyyatına nəzarət idarəsi "Deutsche Flugsicherung" (DFS) 2020-ci il üzrə müvafiq hesabat yayımlayıb.
Bu hesabata görə, Covid-19 əleyhinə tətbiq olunan məhdudiyyətlər səbəbilə aviareyslərin sayı 2019-cu ilə nəzərən 56.2% geriləyərək 1.46 milyona enib. Xatırladaq ki, bu ölkədə 1989-cu ildə 1.47 milyon aviareys həyata keçirilmişdi. Odur ki, Almaniya hava nəqliyyatının hazırki vəziyyəti 32 il əvvəlki ilə eyni səviyyələrdədir.
Sözügedən hesabatda həmçinin qeyd olunur ki, Almaniyadakı bütün hava limanları pandemiyadan zərər görüb və bu hal əsasən də ölkənin ən böyük hava limanları Frankfurt və Münhenə daha çox təsir göstərib.
DFS-in sədri Dirk Mahns hava nəqliyyatının əvvəlki səviyyəsinin bərpa edilməsinin 2025-ci ilə qədər mümkün olmayacağını bildirib.
Həmçinin oxu: Hava Yolu şirkətləri və otellərdən işgüzar səfərləri artırmaq üçün yeni üsullar
Bizi sosial şəbəkələrdən izləyin!!