Müəllif - Aida İsaq. Banco.az
Rusların əksəriyyəti "Qara Cümə" günü alış-veriş etmək fikrindən daşınıb.
Banco.az xəbər verir ki, onlar bunu satıcıların həqiqi endirim etmədikləri ilə əlaqələndirib. Belə ki, hər üç rusdan ikisi əmindir ki, bu günlərdə malların qiymətləri saxtalaşdırılır. Onların fikrincə mağaza sahibləri sadəcə qiymət etiketlərini dəyişdirir. Sorğu iştirakçılarının yalnız 13%-i ənənəvi noyabr satışında adi vaxtdan daha ucuz məhsullar tapdıqlarını təsdiqləyib. Hər on rusdan yeddisi isə (71%) məşhur endirim ayında nəsə almağı planlamır.
Eyni zamanda sorğunun nəticələrinə əsasən, "Qara Cümə" günü alış-veriş etməyi planlaşdıranların əksəriyyətini gənclər təşkil edir.
Bizi sosial şəbəkələrdən izləyin!!