Bu ölkənin əhalisi kasıblar üçün əmanətlərin verilməsini mənasız hesab edir | Banco.az

Bu ölkənin əhalisi kasıblar üçün əmanətlərin verilməsini mənasız hesab edir

Müəllif - Aida İsaq, Banco.az

Rusiyalıların yarıdan çoxu (52 faiz) Mərkəzi Bankın “aztəminatlı şəxslər üçün əmanətlər” təşəbbüsünü xoş qarşılamayıb.

Banco.az xəbər verir ki, aparılan araşdırmalar nəticəsində ekspertlər bu qənaətə gəlib. Belə ki, 30 min rubla qədər maaş alan insanlar barəsində səsləndirilən fikirlər təqdim edilib. Sorğu iştirakçıları bu təbəqədən olan şəxslərin ümumən əmanətlərinin olmadığını vurğulayaraq ideyanı uğursuz hesab edib. Eyni zamanda, iştirakçıların 30 faizi Mərkəzi Bankın təklif etdiyi şərtlərlə əhalinin yoxsul təbəqəsi üçün depozitlərin aktuallığı və tələbini müsbət qarşılayıb. İnsanların 15 faizi ideyanı dəstəkləsə də, təqdim olunan şərtləri kifayət qədər əlverişli hesab etmir. Digər hissə isə cavab verməkdə çətinlik çəkib.

Bundan əvvəl Mərkəzi Bankın sədr müavini Aleksey Quznovun açıqlamasına görə, aşağı gəlirli rusiyalılar daha yüksək faizlə bank depozitləri aça biləcəklər. Daha sonra Rusiya Mərkəzi Bankının departament rəhbəri Mixail Mamuta əmanətlərin xüsusi şərtlərlə verilməsinə diqqət çəkmişdi. Onun sözlərinə görə, bu sabit gəliri olan insanların qənaət etmək motivasiyası, pul - təhlükəsizlik yastığı yaratmaq, həyat keyfiyyətini yaxşılaşdırmaq və büdcəni ancaq cari istehlaka sərf etməmək üçün uğurlu addımdır. 

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda, "SuperJob" son sorğusunun nəticələrinə görə, rusiyalıların demək olar ki, yarısının əmanətləri yoxdur. Onların 18 faizi gəlirlərini itirdikləri təqdirdə bir-iki ay, 15 faizi isə bir aydan az müddətə əmanət hesabına yaşaya biləcəklərini etiraf edib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et