Bu ölkənin dövlət universitetlərində "TikTok" qadağan edilib | Banco.az

Bu ölkənin dövlət universitetlərində "TikTok" qadağan edilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da “TikTok” qadağası davam edir.

Banco.az xəbər verir ki, ABŞ-da dövlət qurumlarından sonra dövlət universitetləri də Çinin sosial media tətbiqi “TikTok”a qadağa qoyub.

Pekində yerləşən “ByteDance” şirkətinə məxsus “TikTok” platformasına Alabama, Arkanzas, Florida, Corciya, Aydaho, Ayova, Oklahoma, Cənubi Dakota və Texasdakı dövlət universitet kampuslarının Wi-Fi şəbəkələri və universitetə məxsus cihazlardan giriş bloklanıb.

Xatırladaq ki, Texas qubernatoru Greg Abbott dekabrın əvvəlində Çinlə bağlı təhlükəsizlik narahatlığını əsas gətirərək “TikTok”un dövlət qurumlarına məxsus cihazlarda qadağan edilməsini əmr etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram