Müəllif:Ayşən İmanova\Banco.az
Polşanın dövlət borcu 1,445 trilyon zlotiyə (361,3 milyard dollar) çataraq yeni tarixi maksimuma yüksəlib.
Banco.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.
Nazirlik qeyd edib ki, ölkənin xarici öhdəlikləri ÜDM-in 60%-i kimi təhlükəli həddə yaxınlaşıb.
Ekspertlərə görə, 2026-cı ildə borcun ÜDM-ə nisbəti 75 faizə çata bilər ki, bu da artıq kifayət qədər ciddi rəqəmdir.
Bildirilib ki, 2015-ci ildə Polşanın dövlət borcu 900 milyard zlotidən (təxminən 225 milyard dollar) az olub.
Bizi sosial şəbəkələrdən izləyin!!