Bu ölkənin daxili dövlət borcu ötən il rekord həddə çatıb | Banco.az

Bu ölkənin daxili dövlət borcu ötən il rekord həddə çatıb

Müəllif: Ayşən İmanova, Banco.az

Almaniyanın daxili dövlət borcu 2023-cü ilin sonuna qədər rekord həddə çatıb və təxminən 2,45 trilyon avro təşkil edib.

Banco.az xəbər verir ki, bu barədə ölkənin Federal Statistika İdarəsi məlumat yayıb.

Bildirilib ki, 2023-cü ilin sonuna dövlət büdcəsinin qeyri-dövlət sektoruna 2 445,1 milyard avro məbləğində borcu olub.

2022-ci ilin eyni dövrü ilə müqayisədə dövlət borcu 2023-cü ilin sonunda 3,3% (77,1 milyard avro) artaraq tarixi maksimuma çatıb.

Məlumata görə, bu, federal hökumətin, bələdiyyələrin və sosial təminat sisteminin borcunun artması hesabına baş verib.

Qeyd edək ki, 2023-cü ildə Almaniyada adambaşına düşən borc 28 943 avroya çatıb ki, bu da 2022-ci illə müqayisədə 778 avro çoxdur. 2023-cü ilin sonunda federal hökumətin borcu əvvəlki illə müqayisədə 75,9 milyard avro (4,7%) artaraq 1 696, 3 milyard avro təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et