Müəllif - Aida İsaq, Banco.az
Yaponiyada baş nazir Fumino Kişidanın inflyasiyanın artması fonunda maaş artımı tələbi ölkənin böyük şirkətlərində əks-səda doğurub.
Banco.az xəbər verir ki, böyük şirkətlər işçilərə son 25 ildə ən böyük maaş artımını təklif ediblər. Yaz əmək haqqı danışıqlarında cari ildə maaşların 2,85 faiz artacağı gözlənilir. Müvafiq artım gerçəkləşəcəyi təqdirdə 1997-ci ildən bəri qeydə alınan ən yüksək maaş artımı olacaq.
Qeyd edək ki, ötən il əmək haqları 2,2 faiz artırılıb. Yaponiyanın aparıcı sənaye nəhənglərindən biri olan "Hitachi", işçilərinə orta əmək haqqını 3,9 faiz artıracağını açıqlayıb. Keçən il şirkət əmək haqqını 2,6 faiz artırmışdı.
Yaponiyada real əmək haqqı son 30 ildə cəmi 5 faiz artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!