Bu ölkənin banklarına kriptovalyuta xəbərdarlığı edilib | Banco.az

Bu ölkənin banklarına kriptovalyuta xəbərdarlığı edilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın bank tənzimləyici qurumları ölkə banklarına kripto aktivlərlər bağlı xəbərdarlıq edib.

Banco.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi (FED), ABŞ Federal Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) və Pullara Nəzarət İdarəsi (OCC) kripto aktivlərinin riskləri ilə bağlı birgə bəyanatla çıxış ediblər.

Bəyanatda ötən il kriptovalyuta sektorunun mühüm volatillik və təhlükəsizlik problemlərinin peyda olması ilə yadda qaldığı qeyd olunub.

Həmçinin vurğulanıb ki, banklar kriptovalyutalarla bağlı fırıldaqçılıq və hüquqi qeyri-müəyyənliklər kimi fundamental risklərdən xəbərdar olmalıdırlar.

Birgə bəyanatda kriptovalyutaların ictimai və ya qeyri-mərkəzləşdirilmiş şəbəkədə buraxılması və ya saxlanmasının təhlükəsiz bankçılıq təcrübələri ilə ziddiyyət təşkil edə biləcəyi də qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram